Gürcü yumorunda erməni diktəsi - Azərbaycana dil uzadılır - Video

Gürcü yumorunda erməni diktəsi

Müəllif: Redaktor

Baş Redaktor

Yeni il ilə bağlı Gürcüstan televiziyalarının birində yayımlanan proqram narazılıq yaradıb. Belə ki, Gürcüstan Şən və Hazırcavablar Klubunun Yeni illə bağlı hazırladıqları proqramda azərbaycanlılar təhqir olunub.

Yeniçağ.az-ın əldə etdiyi videogörüntüdə azərbaycanlılar ümumiləşdirilmiş “Mamed” obrazında təqdim edilir. Daha sonra burada azərbaycanlıların sivilizasiyadan kənarda qalması, onların savadsız olması, ingilis dilini bərbad şəkildə bilməsi və s. təhqiredici epizodlar öz əksini tapıb.

Xatırladaq ki, ötən əsrin çempionu adını qazanan Azərbaycanın “Bakılı oğlanlar ” ŞHK səhnədə olduğu müddətdə heç bir milləti, hətta gürcüləri belə təhqir etməyiblər. Gürcü klubunun azərbaycanlıları təhqir etməsi də birmənalı qarşılanmamalıdır. Çünki azərbaycanlılar heç bir sahədə gürcü millətinə bu cür rəftar göstərməyib. Bəs görəsən gürcülərin bu istehzasının arxasında nə dayanır? Bu təhqirlər erməni təxribatı ola bilərmi?

Sosial Təşəbbüsləır Mərkəzinin sədri, PR-menecer Sənan Nəcəfov bildirir ki, qeyd edildiyi kimi obrazında azərbaycanlılar ələ salınırsa, buna ancaq təəssüflənmək olar:

“Mənim yadıma gəlmir ki, Azərbaycanda hansısa şou-proqramda, ya da ciddi verilişlərdə gürcülərlə bağlı oxşar mövzu yayımlansın. Bu, ona görə deyil ki, gürcü obrazı haqqında nə isə yumoristik və ya tənqidi yazmağa, hətta danışmağa belə mövzu yoxdur, əksinə deyiləsi, yazılası çox məqam var. Sadəcə, biz dost qonşuya yuxarıdan aşağı, ədəbazlıq, yekəxanalıq prizmasından baxmamışıq. Biz müsəlmanıq, həm də şərqli olmaqdan çox qafqazlıyıq. Bizim üçün qonşu başqa məfhumdur. Bir qonşumuzun mahiyyəti zatən ortadadır. Çox qəribədir ki, bizdən oğurlayan, torpağımızı işğal edən, qonşunun uşağını öldürən həmin bədxahlar bizi ələ salan digər qonşuya da eyni maraq və gözlə baxırlar. Belə vəziyyətdə gürcülərin bizimlə mənasız və yersiz zarafatı heç də qəbul olunan deyil”.

S.Nəcəfov həmin veriliş və ya proqramın yaradıcı heyətinin yalnız gürcülərdən ibarət olduğuna da şübhə ilə yanaşır:
“Əminliklə deyirəm ki, Gürcüstanda gürcüləşmiş ermənilər hədsiz dərəcədə çoxdur. Onlar gürcü dilində səlist danışır, mükəmməl yazırlar. Gürcüləşmələrinin də bir məqsədi var və vaxt gələcək gürcülər bunun acısını çəkəcəklər. Bir misal çəkim. 2 il öncə Tbilisidə beynəlxalq konfrans təşkil olunmuşdu. Konfransın mövzusu “MDB dövlətlərində işğal altında olan ölkələrə qanunsuz səfər” idi. Bizim kimi gürcülər də bu problemdən əziyyət çəkirlər.

Təəssüf ki, həmin konfransda iştirak edən gürcülər nədənsə, Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı ciddi etiraz və ya narahatlıq ifadə etmədilər. Bilirsiniz niyə? Gürcülərin biganəliyi deyil, sadəcə Gürcüstanda kürsü sahibi olan ermənilərlə özlərini “pis” etmək istəmirdilər. Bu məsələ ilə bağlı daha bir məqam “Neftçi” və “Qəbələ” futbol klublarının Avroliqa çərçivəsində Gürcüstan komandaları ilə qarşılaşmalarında yaşanan insidentləri xatırlamaq lazımdır.

Araşdırmalardan sonra bəlli olmuşdu ki, təxribatların çoxu gürcü klublarının erməni fanatları tərəfindən törədilib. Demək, indiki situasiyada da gürcülərin belə naqolay yumorunun kökündə “başqa əl” ehtimalı dayanır”.

უმაგრესი ნომერი "იუმორინა 2017" დან 😀 😀 😀

Posted by ღიმილის სახელით on Montag, 2. Januar 2017

BƏXTİYAR
Yeniçağ.az

Xəbərlər, Manşet, Araşdırma, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti