!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan prezidentindən İlham Əliyevə dəvət

!Reklam – Yazi

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi Gürcüstana dəvət edib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti ilə yanaşı Estoniya, Litva, Latviya, Polşa, Finlyandiya, Ukrayna, Ermənistan və Belarus prezidentlərinin də 26 may 2018-ci il tarixində Gürcüstanın müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir.

“Bu ölkələr müstəqilliklərini 1918-ci ildə bərpa ediblər. Biz bu tarixi günü bir yerdə qeyd etmək istəyirik. Gürcüstan prezidenti bu gün polşalı həmkarını bu tədbirlərdə iştiraka dəvət edib”,- deyə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib.

Qeyd edək ki, G.Marqvelaşvili Polşada səfərdədir. Səfər çərçivəsində o, polşalı həmkarı Andjey Duda ilə görüşüb.

 

www.yenicag.az

1419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv