Gürcüstana investisiyaların həcminə görə Azərbaycan liderdir

Müəllif: resul

Editor

tbilisi2016-cı ilin ilk üç rübü ərzində Azərbaycan Gürcüstana 434 milyon dollar sərmayə yatırıb və bu, ötən ilin analoji dövründəki göstəricidən 9,6% yüksəkdir.

Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, Gürcüstanın Milli Statistika Agentliyinin hesabatında belə deyilir.

Bununla birlikdə, üçüncü rübdə Gürcüstan iqtisadiyyatına Azərbaycan investisiyalarının ümumi həcmi 151 milyon dollar təşkil edib ki. bu da ötən ilin analoji dövründəki göstəricidən 15,1% azdır.

Hesabata əsasən, Gürcüstan iqtisadiyyatına yatırılan sərmayənin həcminə görə Azərbaycan birinci yerdədir. Bu ölkənin iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcminin 33 faizi Azərbaycanın payına düşür.

Hesabat dövründə Gürcüstan iqtisadiyyatına cəmi 463 milyon dollar investisiya yatırılıb. Bu, 2015-ci ilin üçüncü rübünə nəzərən 4,1% azdır.

Gürcüstan iqtisadiyyatına sərmayələrin həsminə görə ikinci yeri Türkiyə (111 milyon dollar – 24%), üçüncü yeri isə Lüksemburq (52 milyon dollar – 11%) tutur.

2016-cı ilin üçüncü rübündə Gürcüstan iqtisadiyyatının əsas investorlarının siyahısına Çexiya, Çin, Hollandiya, ABŞ, Yaponiya, Panama və Kipr daxil olublar.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır