Yazı İçi 468×60

Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndində etiraz aksiyası keçirilib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, aksiyaya səbəb kimi kənd yollarının acınacaqlı vəziyyətdə olması göstərilib.

Etirazçılar bildiriblər ki, yağıntılı havalarda yolda hərəkət mümkün olmur. Kənd mərkəzinə toplaşan sakinlər deyib ki, hətta maşınların da yoldan keçməsi mümkün deyil: “Kəndə xəstələr üçün çağırılan təcili yardım maşınları da yolda qalır”.

Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev sərhəd kəndi olan Təzəkəndin yollarının bərbad vəziyyətdə olduğunu təsdiq edib, bunun içməli su xəttinin çəkilişi ilə bağlı olduğunu bildirib: “İçməli su xətti çəkmək üçün qazıntı işləri apardıq və birdən-birə hava şəraiti dəyişdi. Hava şəraiti yaxşılaşan kimi içməli su xəttinin çəkilişi başa çatdırılacaq və müvafiq strukturlar kənd yollarına çınqıl tökəcək, gediş-gəlişi yaxşılaşacaq”.

Bələdiyyə sədri əlavə edib ki, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndinin kəndarası yollarına 2018-ci ildə asfalt örtük döşənəcəyi gözlənilir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."