!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda seçki faciəsi – 2 nəfər ölüb

!Reklam – Yazi

gurcuambulanceeGürcüstanda keçirilən parlament seçkiləri zamanı iki seçici dünyasını dəyişib.

Batumidə 83 yaşlı kişi səs verib məntəqəni tərk etdikdən sonra qəfil vəziyyəti pisləşib və yerə yıxılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb.

Digər bir hadisə Kreli şəhərində baş verib. Seçki məntəqəsinin yaxınlığında yaşlı seçicinin halı pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasının dəyişib.

Qeyd edək ki, yerli vaxtla saat 8:00-da Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər başlayıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib ki, 3,53 milyon seçici bu gün 150 deputatı seçməlidir. Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.

Səsvermə saat 20:00-da başa çatacaq.

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv