!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstandakı soydaşlarımızdan Myanma müsəlmanlarına dəstək – Tiflisdə aksiya - Video

!Reklam – Yazi

Gürcüstanda yaşayan azərbaycanlıların Tiflisdə təşkil etdikləri etiraz aksiyasında Myanma müsəlmanlarına qarşı həyata keçirilən soyqırımın dayandırılması tələb olunub.Yenicag.az xəbər verir ki, Tiflisdə təşkil olunan və 200-dən çox iştirakçının qatıldığı aksiyada Myanma müsəlmanlarına dəstək plakatları qaldırılıb, uyğun şüarlar səsləndirilib.

Aksiyada çıxış edənlər Myanmada müsəlmanların soyqırımına məruz qalmalarını kəskin pisləyərək, oradakı dindaşlarımızın müdafiə olunmasının vacibliyini bildiriblər.

Natiqlər xüsusi olaraq vurğulayıblar ki, zülmə qarşı etiraza qalxmaq İslam dininin əsas prinsiplərindən biridir.
Qeyd olunub ki, BMT və digər beynəlxalq təşkilatlar özlərini insan hüquqlarının müdafiəçiləri kimi göstərsələr də, onlar Myanma müsəlmanlarının soyqırımından qorunmaları istiqamətində əməli addımlar atmırlar.

Aksiyanın sonunda beynəlxalq birlikdən Myanma müsəlmanlarına real dəstək verilməsi tələb olunub.

Qeyd edək ki, fotolar və video gürcüstanlı jurnalist həmkarımız Ceyhun Muhammədəliyə məxsusdur.

 

www.yenicag.az

1601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv