yenicag.az

Hərracdan sonra "qara bazar"da dollar bahalaşdı

Hərracdan sonra “qara bazar”da dollar bahalaşdı

Müəllif: Redaktor

Editor

Valyuta hərracından dərhal sonra “qara bazar”da dolların satış qiymətləri bir qədər də bahalaşıb.

Yenicag.Az-ın əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında 1.8400 manata satılan dollar indi 1.8500 manata qədər bahalaşıb.

Dolların “qara bazar”da alışı qiyməti isə dəyişməyərək 1.8200 manat olaraq qalıb. Qeyd edək ki, bankların dollar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olmuşdu. Nəticədə dollar satışı son bir neçə gündə “qara bazar”da 1.93 manatdan 1.84 manata qədər ucuzlaşmışdı.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşıb.

Yenicag.Az

Bank, Xəbərlər, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti