!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hədəf mən deyil, illərlə ən çirkin vasitələrdən əl çəkməyən Gülən Örgütü olmalıdır”- Latif Erdoğan Yenicag.az-a danışdı

!Reklam – Yazi

latif-erdoğanSon günlər Türkiyə MHP millət vəkili Meral Akşener ilə bağlı “kasset” iftirası ilə dalğalanır. Belə ki, “A Haber” telekanalında çıxış edən Gülənin keçmiş sağ əli və ilk tələbəsi olan Latif Erdoğan Camaatın vaxtilə belə bir iftiranı yaydığını açıqlayıb.

Montaj və təhrif üzrə usta olan Gülən mediasının bu sözləri kontekstdən çıxarması ilə siyasət də qarışıb. Bütün siyasilərin reaksiya göstərdiyi məsələ ilə bağlı Yenicag.az Latif Erdoğanı danışdırıb.

Heç bir zaman Meral xanıma iftira atmadığını, lakin Camaatın ən önəmli isimlərindən birinin belə bir iddiada bulunduğunu bildirən Latif Erdoğan “Mən o adama bu hərəkətlərinin dinə uyğun olmadığını dedim. Həmin proqramda da bu fikirləri ifadə etməmdə məqsədim o idi ki, MHP necə olur ki, partiyasının A komandasını kassetlərlə siyasətdən silən Camaatla ortaq hərəkət edir? Necə olur ki, siyasətin təmiz üzü olan Meral hanıma o iftiranı atan Camaat mənsubları ilə bərabər yürüyürlər?”

Camaatın şantaş və montaj üzrə mütəxəssis olduğunu qeyd edən Latif Erdoğan “Mən siyasətə çirkinlik gətirən, kassetlərlə siyasəti yenidən dizayn edən Paralel Örgütlə ittifaqın yanlış olduğunu xatırlatmaq istədim. Görürəm ki, mənim sözlərimi təhrif edərək, bunu linç kampaniyasına çevirmək istəyirlər”.

L.Erdoğan hesab edir ki, bütün bunlar həm də Gülənin ondan qisas almaq niyyətindən xəbər verir: “O gəmini ilk tərk edənlərdən olduğum və ifşa etdiyim üçün Gülən aylardır belə fürsət gözləyirdi. İndi əlinə düşən bu şansdan istifadə etmək istəyir. Ancaq Meral xanım diqqətlə izləsə, mənim belə bir iddiam olmayıb, ola da bilməz. Fəqət bu iftiranı mənə deyən və inanmadığım üçün izləməyimi təklif edən Gülənin fəxri başqanı olduğu Gazeteciler ve Yazarlar Vəqfinin başqanı Mustafa Yeşildir. Madam ki, bu məsələdə üzr istəyəcək adam axtarırlar, çıxıb o, üzr istəməlidir. Çünki o iftiranı dilə gətirən bu şəxsdir. Burada hədəf mən deyil, illərlə insanları izləyən, yataq otaqlarına qədər girən, ən çirkin vasitələrdən əl çəkməyən Gülən Örgütü olmalıdır. Dəniz Baykalı çirkin kassetlə başqanlıqdan uzaqlaşdıran, Dövlət Baxçalının ən yaxın adamlarını kassetlə siyasətdən silən bir Örgütdən bəhs edirəm. Heç şübhəsiz sizin ölkənizdə də bunlara heç bir səbəb yox ikən, dəstək verənlər varsa, arxasında Camaatın çirkin oyunları dayanır”.

Yenicag.az

Mustafa Yeşil

1431420731800

 

www.yenicag.az

747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv