!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Cavad məscidinin sökülməsinə etiraz edənlər saxlanıldı - Baş nazirin müavini hadisə yerində - Fotolar (Yenilənib)

!Reklam – Yazi

Bu dəqiqələrdə Bakının “Sovetski” kimi tanınan ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün əraziyə Yasamal rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Hadisə yerində olan Yeniçağ.az saytının əməkdaşının verdiyi məlumata görə, məscidin sökülməsinə etiraz edən bir qrup dindar saxlanılaraq, polis bölməsinə aparılıb. Onların arasında Mehman, Mahir və Məhəmməd adlı şəxslər var.

Hazırda söküntü dayandırılıb. Hadisə yerinə gəlmiş Yasamal royon İcra başçısı İbrahim Mehdiyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Yasamal rayon Polis İdarəsinin rəsmiləri necə davranacaqları ilə bağlı məşvərət edirlər. Aldığımız məlumata görə, dindarlar məscidin sökülməməsi ilə bağlı iki gün öncə Prezident İlham Əliyevə müraciət ediblər.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilərək qorunur.

P.S. Hadisə yerinə Baş nazirin müavini Yaqub Eyyubov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov gəlib.

Bu dəqiqələrdə Hacı Cavad məscidinə gələn Yasamal rayon polis rəisi ərazini əhatəyə alan şəxsi heyətin geri çəkilməyinə göstəriş verdi. İnsanlar məscidə buraxıldı. 

Gülnarə Eynullaqızı
Cəmalə Əlizadə
Yeniçağ.az

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv