119728_res_01DİN Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilən, hazırda ömürlük həbsdə olan Hacı Məmmədov dövlət başçısına müraciət edib.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında saxlanılan H.Məmmədov son illərdə ilk dəfə ailə üzvləri ilə görüşüb.

Ona ailə üzvlərinin vasitəsilə vəkil tutulub. Vəkil artıq H.Məmmədovla görüşüb. H.Məmmədov yeni vəkilinə bildirib ki, ona keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov olan dövrdə hədə-qorxu və təzyiqlər edildiyi üçün məhkəmədə sözünü deyə bilməyib.

H.Məmmədov qeyd edib ki, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi yoxdur. O, Z.Nəsirovun süni olaraq bu işə cəlb edildiyini deyib.

Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində tutulub.

2007-ci ilin yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib (“Report”).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."