yenicag.az
yenicag.az

Hacıbəy Heydərli Türkiyənin Kanal A televiziyasında canlı yayımda çıxış edib – VİDEO

Hacıbəy Heydərli Türkiyənin Kanal A televiziyasında canlı yayımda çıxış edib – VİDEO

Müəllif: Redaktor

Editor

q97Enytr1yY2AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Türkiyənin Kanal A televiziyasında canlı yayıma qatılıb.

Tanınmış telejurnalist İrfan Söylerin aparıcısı olduğu “Bizim Avropa” verilişində Türkiyədə baş verən son hadisələr və bu olaylara digər ölkələrdəki münasibət müzakirə olunub.

Azərbaycanlı jurnalist Hacıbəy Heydərli Türkiyə ilə Azərbaycanın dost, qardaş ölkə olduğunu və 1 5 iyul hadisələrinin Azərbaycanda da həssaslıqla qarşılandığını bildirib:

“Azərbaycan ve Türkiyə dost ve qardaş ölkədir və bizi ortak dil, ortaq din, milli dəyərlər və xalqların yaxınlığı birləşdirir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin dediyin kimi Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir ve heç bir güc bizim dostluğumuza ve qardaşlığımıza ziyan vura bilməz.

Bildiyiniz kimi, Cənab Prezidentimiz İlham Aliyev bu hadisəylə bağlı ilk açıqlama verən prezidentlərdən oldu ve dedi ki, Azərbaycan Türkiyənin demokratik yolla seçdiyi höküməti dəstəkləyir. Çevrilişə cəhdi sərt şəkildə qınayan İlham Əliyev bunu türk millətinin demokratik ənənəsinə və suverenliyinə zərbə olaraq dəyərləndirdi.

Bundan başqa olay baş verən saatlarda Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına çox sayda azərbaycanlı və Türkiyə vətəndaşı toplaşmış və qardaş Türkiyə dövlətinə dəstəyini göstermiş oldu.

Çünki bütün dünyaya bəllidir ki, Türkiyənin güclənməsi Azərbaycanın güclü olması, eyni zamanda Azerbaycan güclənməsi Türkiyənin güclənməsidir və çox sevinirəm ki, belə cəhdlərlə Türkiyeni ve bütövlükdə Türk dünyasını zəiflətmək istəyən güclərin arzuları ürəklərində qaldı”.

Hacıbəy Heydərli eyni zamanda çevrilişə cəhddən sonra Azərbaycanda atılan addımlar haqda da danışıb:

Bu hadiəsələr olan ilk günden etibarən Azerbaycan devleti lazım olan bütün addımları atmış ve ilk olaraq Azərbaycanda faaliyet gösteren türk okulları ad dəyişdirmişdi. 15 iyul olaylarından sonra isə Azərbaycanda fəaliyyət gösteren TV-lerden biri Fetullah Gülenden reportaj almış, ancaq o reportaj efirə gitmemiş ve televizyon bağlanmışdı. Eyni zamanda Azerbaycanda Qafqaz universitetinin rektoru işindən ayrılmış, Azərbaycanda fəaliyyət gösteren “Zaman” qəzeti və qəzetin rəsmi saytı bağlanmışdı.

Türkiyenin xarici işlər naziri də Mevlut Çavuşoğlu da dünənki açıqlamasında bu olaylarda Azərbaycan dövlətinə mövqeyinden ve çalışmalarından dolayı təşəkkür etmişdi. O açıqlamasında demişdi ki, Azerbaycan Fetullah Gülenle ilgili lazım olan bütün addımları atıb”.

Qeyd edək ki, “Bizim Avropa” verilişində həmçinin qonaq qismində AK Parti Van millət vəkili Burhan Kayatürk iştirak edib və o da öz növbəsində bu mövqeyinə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

Həmin çıxışı təqdim edirik:

 

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti