www.sinerjipro.net

SinerjiProWide
Reklam

sdsd380Hacıqabul-Bəhramtəpə yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 14.00 radələrində Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində, Şirvan şəhəri ərazisində qeydə alınıb.

Şirvan sakininin idarə etdiyi “Ford” markalı, 99-FU-918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə Zəngilan rayon sakini Şirinov Ruslan Şahmirzə oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 10-MH-766 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sərnişini, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Şirinov Taleh Şahmirzə oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.

“VAZ 2107” markalı avtomobilin digər sərnişini və ölən şəxsin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şirinova Günəş Fizuli qızı xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onların azyaşlı uşaqları isə yüngül xəsarət alıb.

“Ford” markalı avtomobildə olan sərnişin – Şirvan sakini, 1972-ci il təvəllüdlü Rzayev Bəxtiyar Rəhməd oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi araşdırma aparır(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 529
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."