!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda ağır qəza: yaralananlar var – Fotolar

!Reklam – Yazi

15644954_844114222398549_2124342037_nHacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan “Daevo” markalı minik avtomobili idarəetməni itirib və alovlanmağa başlayıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Gəncə şəhər sakini, 27 yaşlı Nadir Tağıyev, Türkiyənin İstanbul şəhərinin sakinləri, 71 yaşlı Məhəmməd Əli oğlu Dəmirqrar, 56 yaşlı Şəfəq Bayram qızı Dəmirqrar son anda xilas ola biliblər.

Hadisə yerinə gələn Fövqəladə hallar nazirliyinin yanğınsöndürənləri tərəfindən yanğın söndürülüb. Yaralılar Şirvan şəhər mərkəzi xəstəxanaçına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra Nadir Tağıyev ambulator müalicəyə gönərilib, türk vətəndaşları isə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

1051
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv