!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda avtomobil iki piyadanı vurub, onlardan biri ölüb

!Reklam – Yazi

6d366767613bb24949d9b9a677510931Hacıqabul rayonunda 2 nəfəri avtomobil vurub, onlardan biri ölüb digərinin vəziyyət ağırdır.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb.

“Hyundai” markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1962-ci il təvəllüdlü Nəbiyev Oktay Burxan oğlunu və Kürdəmir rayonunun Sığırlı kənd sakini, 1986-cı il təvəllüdlü Burxanov Vüsal Binətçi oğlunu vurub. Hər iki şəxs kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Oktay Nəbiyev orada dünyasını dəyişib. Vüsal Burxanovun vəziyyətinin isə çox ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv