!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulda quldurluq edən şəxs tutulub

!Reklam – Yazi

Hacıqabul sakininə qarşı quldurluq edən şəxs saxlanılıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, Hacıqabul sakini, Cavadova Fərqanə Gülağa qızına qarşı quldurluq hadisəsi törədilib.

Həmin şəxs Hacıqabul polis şöbəsinə müraciət edərək bildirib ki, 8 fevral axşam saatlarında H.Əliyev prospektində piyada yolla gedərkən naməlum şəxs ona arxadan yaxınlaşıb başına və bədəninə zərbələr endirib. Daha sonra içərisində 85 manat pul, 300 manat dəyəri olan mobil telefon, rəsmi sənədlər və bank kartı olan əl çantasını ələ keçirərək hadisə yerindən qaçıb. Hacıqabul polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da həmin hadisəni törədən Hacıqabul sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Mehman Mehman oğlu saxlanılıb. Onun ələ keçirdiyi əl çantası maddi sübut kimi yaşadığı mənzildə aşkar edilərək götürülüb.

Qeyd edək ki, Fərqanə Cavadova Hacıqabul mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışır. Faktla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv