Hacıqabulda terminal qarət edildi – Hadisə yerindən fotolar

Müəllif: Redaktor

Editor

yeniogurlugHacıqabul şəhərində oğurluq hadisəsi qeydə alınıb.

Hadisə rayonun Həmidov küçəsində, ticarət mərkəzində baş verib.

Belə ki naməlum şəxs ticarət mərkəzində yerləşən “Milliön” terminalı qarət edib. Dırnaq arası qəhrəman oğurluq planını saat 04.10 radələrində həyata keçirib. Əvvəlcə obyektdə pəncərənin nəfəsliyindən daxil olub. İşinin çətinə düşdüyün anlayan oğu daha sonra digər otaqa daxil olaraq ticarət mərkəzinə bitişik olan divarı dagıdıb.

Terminalı arxa tərəfdən sındıran şəxslər oradan 3 min manatdan çox pul aparıblar. Hadisəni törədən şəxs içəridə olan təhlükəsizlik kamreasina anban tuş gəlib. Hacıqabul rayon Polis Şöbəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır