!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıqabulun icra başçısına başqa düşmən lazım deyil: Öz çıxışı özünə qarşı….

!Reklam – Yazi

1455048018_1448826167_zagruzhennoe-172015-ci ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarovun hesabat məruzəsi ilə tanışlıq kifayət qədər ziddiyyətli məqamlara işıq salıb.

Savash.org əməkdaşının sözügedən çıxışla bağlı apardığı kiçicik monitorinq Əhməd Muxtarova başqa düşmənin lazım olmadığını üzə çıxarıb. O səbəbdən ki, icra başçısı hesabat məruzəsində elə “boşluqlar” buraxıb ki, bunları görməmək sadəcə mümkün deyil. Gəlin, icra başçısının hesabat məruzəsinə və əməkdaşımızın həmin məruzəyə etdiyi qeydlərə nəzər salaq. Beləliklə…

Əhməd Muxtarov deyir: 2015-ci ildə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 219 milyon 203 min 500 manat olmuşdur. Məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 2014-cü ilə nisbətən 0,8 faiz artaraq 66,6 faiz olmuşdur.

Savash.org soruşur: Əgər doğurdan da rayon üzrə məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 2014-cü ilə nisbətən 0,8 faiz artaraq 66,6 faiz olubsa o zaman həmin məhsulu istehsal edən qeyri-dövlət sektorunun təmsilçilərinmin adlarına niyə rast gəlmirik? Axı, bu sirr deyil və əksinə qeyri-dövlət sektorundakı müəssisələrin inkişafı hazırda prioritet təşkil edir. İcra başçısının konkretlikdən qaçaraq yalnız quru, dəqiqliyi də əminlik yaratmayan rəqəmləri tez-tələsik deməklə canını qurtarmaq istəyi aşkar görünür.

Əhməd Muxtarov deyir: Hesabat dövründə diri çəkidə 9498 ton ət istehsal edilmişdir ki, bu da keçən ilki dövrlə müqayisədə 24 ton artıqdır. İl ərzində yumurta istehsalı 4,1 milyon ədəd artaraq 331 milyon 199 min ədəd, süd istehsalı 45 ton artaraq 17217 ton, yun istehsalı isə 1 ton artaraq 225 ton təşkil etmişdir.

Savash.org soruşur: Lap yaxşı, iddia edirsiniz ki, rayonda ət istehsalı artıb, olsun. Amma acizanə şəkildə sizdən xahiş edirik ki, ət istehsalının hansı fermer təsərrüfatları hesabına artdığını da deyəsiniz. Əgər belə bir təsərrüfatlar rayonda doğrudan da varsa. Yoxsa, kəndli həyətində saxladığı mal-qaranı kəsib satıb və bunu da “ət istehsalının artımı” kimi qələmə verirsinizsə, belə olmur cənab başçı.
Yaxud, deyirsiniz ki, yumurta istehsalı 4.1 milyon ədəd artıb. Cavab verin, bunu hansı hesablamaya əsasən iddia edirsiniz? Camaatın həyət bacasındakı toyuq-cücənin yumutladığını da öz “uğurlarınız” kimi qələmə verirsinizə, belə də olmaz. Yox, sizin dəsəyinizlə rayonda hansısa sahibkar iri broyler fabriki açıbsa, bu başqa məsələ – xahiş edirik, dəqiqləşdirin.

Əhməd Muxtarov deyir: 2015-ci təsərrüfat ilində “Aqrolizinq” ASC-nin Hacıqabul Aqrosevis filialı tərəfindən rayonun torpaq mülkiyyətçilərinə 70% güzəştli qiymətlərlə 100 ton mineral gübrələr satılmışdır.

Savash.org soruşur: Yaxşı, tutaq ki, “Aqrolizinq” ASC kimlərəsə 70 faiz güzəştlə gübrə satıb, bunun sizə nə dəxli? Xahiş edirik, izah edin, bu məlumatı hansı məntiqlə hesabat məruzənizə salmısınız?

Əhməd Muxtarov deyir: Ötən təsərrüfat ilində 562 nəfər buğda məhsulu istehsalçılarına 128 min 602 manat, eyni zamanda 2041 nəfər mülkiyyətçilərə əkin sahələrinin becərilməsində sərf etdikləri yanacaq və sürtkü materiallarına görə hər hektara 50 manat olmaqla 682 min 415 manat məbləğində subsidiya verilmişdir.

Savash.org soruşur: Axı, siz icra hakimiyyətinin başçısı olaraq bu subsidiyyaları öz cibinizdən verməmisiniz ki, bunu da hesabatda böyük minnətlə xatırladasınız? Yəni, demək istəyirsiniz ki, dövlətin ayırmağına baxmayaraq, bunu verməyə də bilərdiniz?

Əhməd Muxtarov deyir: Rayonumuzda hər növ kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi üçün böyük imkanlar vardır. O cümlədən pambıq bitkisi üçün. Bu məhsulun becərilməsi dövlət əhəmiyyətli olduğu qədər də sahibkarlıq fəaliyyəti üçün də faydalıdır. Əfsuslar olsun ki, son illərdə mülkiyyətçilər pambıq kimi qiymətli bitkinin yetişdirilməsinə əhəmiyyət vermirlər. Mütəxəssis hesablamaları göstərir kl, 5-10 hektar və daha artıq sahələrdə pambıq məhsulunun normal qaydada becərilməsi mülkiyyətçiyə kifayət qədər yaxşı gəlir əldə etməyə imkan verir.

Savash.org soruşur: Hacıqabul rayonunun təbii şəraiti pambıqçılıq üçün olduqca əlverişlidir və özünüzün də dediyiniz klimi bu həm də perspektivli sahədir. Yaxşı, indi zəhmət çəkib izah edin görək, ötən illər ərzində pambıqçılığın imkişafı ilə bağlı hansı sahibkarlıq layihəsinə dəstək vermisiniz? Ümumiyyətlə, pambıq yadınıza düşübmü? Yoxsa yalnız tez-tələsik hesabatı hazırlayanda başa düşmüsünüz ki, sən demə, pambıqçılıq gəlirli sahəymiş və Hacıqabulda da bu sahəylə maraqlanan yoxdur?

Əhməd Muxtarov danışmır, güldürür: Ötən il rayonda avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 242,5 min ton yük, 5.331.4 min sərnişin daşınmışdır.

Savash.org bu cümləylə bağlı heç nə soruşmur…

Əhməd Muxtarov deyir: Şəhərin Əliağa Vahid, Həmid Həmidov, İsmət Qayıbov küçələrinə qum-çınqıl qarışığından hamarlayıcı qat verilmiş, asfalt-beton qarışığından örtük çəkilmiş, Dəmiryolu vağzalı meydanına 310 ton, H.Həmidov küçəsinə 235,5 ton iri dənəli asfalt-beton qarışığından hamarlayıcı qat verilmişdir. Həmid Həmidov və İsmət Qayıbov küçələrinə müasir işıqlandırma dirəkləri qoyulmuşdur.

Savash.org soruşmur, əmindir: Özünüzün də dediyiniz kimi ötən bir il ərzində rayonda 1 metr yerə belə asfalt örtüyü çəkilməyib, çıxqıl sağ olsun!!!

Əhməd Muxtarov deyir: Ötən ildə qəsəbə və kəndlərimizdə də əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. Belə ki, Rəncbər, Abdulabad, Navahı, Talış, Qubalıbalaoğlan, Ələtli, Meyniman, Qarasu, Qızılburun kəndlərində və Muğan qəsəbəsində açıq tipli su ötürücü kanallar qazılmışdır. Kənd yollarına qum-çınqıl verilmiş, yararsız içməli su və elektrik xətləri yenisi ilə əvəz olunmuşdur.

Savash.org inadla soruşur: Səmimi cavab verin. Bütün bu işləri kənd camaatı özlərinin daxili imkanları ilə edib ya….

Əhməd Muxtarov deyir: 2015-ci ildə Qaçqınkom tərəfindən Navahı qəsəbəsində yaşayan türk ailələri üçün 17 ədəd və Meyniman kəndində yaşayan 15 Axistka türk ailələri üçün 15 ədəd fərdi ev tikilərək təhvil verilmişdir.

Savash.org soruşur: Sizə elə gəlmirmi ki, qaçqınlara tikilən həmin evlər qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin işləridir, sizin yox?

Əhməd Muxtarov deyir: Rayonda 433 ailə olmaqla 1631 nəfər məcburi köçkün, 124 ailə olmaqla 429 nəfər qaçqın yaşayır. Onların problemlərinin həlli istiqamətində tərəfimizdən lazımi tədbirlər görülür.

Savash.org acizanə şəkildə soruşur: Xahiş edirik, ümumi danışmayın, qaçqınların problemlərinin həlli üçün konkret hansı işlər görmüsünüz?

Əhməd Muxtarov deyir: 2015-ci ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 197 nəfər, orta ixtisas məktəblərinə 40 nəfər sənəd vermiş, onlardan ali məktəblərə rayon üzrə 108 nəfər (54,8%), orta ixtisas məktəblərinə 29 nəfər (72,5%) qəbul olmuşdur.

Savash.org təəssüflənir: Hacıqabul boyda rayon üzrə ali məktəblərə daxil olanların sayı cəmi 108 nəfərdir.

Əhməd Muxtarov deyir: Rayonumuzda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 36,1 min nəfərdir. Bu isə rayon əhalisinin 49,8 %-ni təşkil edir. Bunun tərkibində məşğul əhalinin sayı 34,1 min nəfərdir. Məşğul əhalinin 5,6 min nəfəri dövlət sektorunda, qalanlar isə qeyri-dövlət sektorunda çalışır.

Savash.org təklif edir: Başçı deyir ki, iş qabiliyyətli əhali 36.1 nəfərdir ki, onların da 34.1 nəfəri işləyir. Məntiqlə Hacıqabulda cəmi-cümlətanı 2-cə min adam işsizdir ki, onlar da kənd təsərrüfatı, əkinçiliklə məşğuldur? Biz təklif edirik ki, icra başçısına sonuncu sualı biz yox hacıqabulluların özləri versin: Bu doğrudan da belədirmi?

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv