!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hadı Rəcəbli indi də Qarabağ qazilərinə sataşdı

!Reklam – Yazi

hadi“Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu.”

Bü sözləri “REPORT”-un əməkdaşının sualına cavab verən Hadı Rəcəbli deyib.

Jurnalist:

-Azərbaycandakı ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti necə qiymətləndirirsiz?

Hadı Rəcəbli:

– Bir neçə gün öncə, Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdi. Bu illər ərzində Azərbaycan xeyli inkişaf etdi. Həmin dövrlərə nəzər saldıqda, görürük ki, nə qədər çətinliklər, kataklizmlər olub. İlk baxışda bunları həll etmək mümkünsüz görünüb, heç də asan olmayıb. Müstəqilliyin ilk illərində 1 milyona yaxın qaçqın və məcburi köçkünün olması, ölkəmizə bəzi dövlətlər tərəfindən embarqo qoyulması, neft müqavilələrinin bağlanmasındakı çətinliklər qeyri-müəyyənlik yaratmışdı. Bütün ümidlər o zaman oyandı ki, həmin vaxt hakimiyyətə Heydər Əliyev şəxsiyyəti gəldi. Heydər Əliyevin idarəetmə prioritetləri seçmə ustası olması bizi bu bəladan xilas etdi. Həmin dövrdə elə sahə yox idi ki, orada problem olmasın, əmək haqları aşağı, işıq, qaz yox idi, istehsal sıfıra enmişdi, iş yerləri kütləvi boşalırdı. Təsəvvür edin, bunu birdəfəlik həll etmək necə çətin idi. Heydər Əliyev bir neçə prioritet seçdi, onlardan birincisi atəşkəsə nail olmaq idi. Atəşkəsə nail olmaqla Azərbaycan bir qədər dirçəldi. İkinci addımı qaçqın və məcburi köçkünlərlə bağlı atdı, onların rifahının yaxşılaşdırılmasına çalışdı. Üçüncü isə ölkədəki özbaşınalığın qarşısını aldı. Bununla da ölkədə sabitliyi bərpa etdi.

Sonralar isə islahatlar aparıldı. Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu.

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv