yenicag.az
yenicag.az

Hadisə:”Evlilik verilişlərinə baxıb gülürəm”

yenicag.az

Müəllif: Redaktor

Editor

60012_xkfdezhp6hMüğənni Hadisə “Grazia” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, şəxsi həyatından danışan ifaçı qəlbinin boş olduğunu deyib:

“Eşq həyəcan deməkdir. Şəxsi həyatımı gizli yaşamaq istəyirəm. Ancaq bunu deyə bilərəm ki, hazırda həyatımda heç kim yoxdur. Gələcəkdə, əlbəttə, mən də ailə qurub, ana olmaq istəyirəm. Qarşımdakı insandan hamı kimi, sevgi, sayğı və birlikdə gözəl həyat umuram. Bəzən evlilik verilişlərinə baxanda çox gülürəm. Eşq və ailə qurmaq məsələlərində insanın kriteriyaları ola bilməz”.

Hadisə ən çox sevdiyi yazıçı və onun əsərindən də bəhs edib:

“Paulo Koelyonun “İşığın savaşçısının əl kitabı”nı baş ucumdan əksik etmirəm. Oradakı bu cümlə çox xoşuma gəlir: “Savaşçı sakit şəkildə gözləyər, heç vaxt düşməninə sataşmaz və fikrini karyerasına, özünə yönəldər”. Mən də özümü bu cür hesab edirəm. Kareyram boyunca heç kimə sataşmadım. Həmişə xoşbəxtliyi və hüzuru sevmişəm.”

60010_fsqeo2pxkq 60011_23onvofgft

 

Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti