Hafiz Məmmədov çempionluğu pulla alıb?

Hafiz Məmmədov çempionluğu pulla alıb?

Müəllif: Redaktor

Editor

Moldova millisinin keçmiş futbolçusu İon Testemitanu öz ölkəsinin mətbuatına Bakının “İnter” klubuyla bağlı şok açıqlama verib.

Testemitanu bildirib ki, vaxtı ilə formasını geyindiyi “İnter” borca görə çempionluğu digər paytaxt klubuna Hafiz Məmmədovun rəhbəri olduğu “Bakı”ya satıb.

Onun iddiasına görə, bu, Azərbaycan Premyer Liqasının 2008/09 mövsümündə olub.

Məsələ ilə bağlı “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov Yeniçağ.Az-a açıqlama verib:

“Təbii ki, onun dedikləri doğru deyil. Təəssüf ki, üstündən 8 il keçdikdən sonra belə açıqlama verib. O illərdə istər çempionluq, istərsə də kubok uğrunda gərgin mübarizə gedirdi. Sonuncu oyunun axırıncı dəqiqəsinə qədər heç kim bilmirdi ki, kim çempion olacaq. Testemitanun dedikləri yalandır, cəfəngiyyatdır”.

Aygün
Yenicag.Az

Xəbərlər, İdman, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti