!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Hafka" "Bakı"dan əlini çəkdi? - Rəsmi açıqlama

!Reklam – Yazi

Bir vaxtlar ölkə çempionatının ən iddialı klublarından hesab edilən “Bakı”nın durumu acınacaqlı olaraq qalır.

Mətbuatda yayılan məlumata görə, uzun müddətdir ki, klubun prezidenti “Hafka” ləqəbi ilə tanınan “Hafiz Məmmədov da komanda ilə maraqlanmır. İddialara görə futbolda bir çoxlarından gördüyü xəyanət onu işdən soyudub. Hazırda komandanı faktiki olaraq Yaşar Seyidov çətinliklə də olsa idarə edir. Bu gedişlə, “zolaqlılar” növbəti mövsümə də Həvəskarlar Liqasında başlayacaq.

Məsələ ilə bağlı “Bakı” futbol klubunun icraçı-direktoru Yaşar Seyidovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi Hafiz Məmmədovun planlarının və ümidinin olduğunu dilə gətirib:

“Hafiz Məmmədov klubdan əlini üzməyib. O, “Bakı” futbol klubunun sahibidir. Bütün maliyyə məsələləri ona aiddir.

Heç kimə sirr deyil ki, “Bakı”nın hazırda maliyyə problemi var və davam edir. Amma rəhbərlik ümidini üzmür. Növbəti mövsümlə bağlı indidən nəsə demək çətindir, hər şeyi zaman göstərəcək.
Hafiz müəllimin özü hər dəfə bura gələ bilməsə də mütəmadi olaraq əlaqə saxlayıb, infrastrukturun vəziyyəti ilə maraqlanır. Biz də çalışırıq ki, stadionu, məşq zallarını qoruyaq və Akademiyada heç bir problem olmasın”.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv