!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakan Fidan dönəmi bitir? – Ərdoğan MİT rəhbərinə nə dedi?

!Reklam – Yazi

 

5792843f18c7743e7c451b15Türkiyə çevrilişdən sonra milli təhlükəsizlik problemini müzakirə edir. Ərdoğanın “çevrilişin olduğunu kürəkənimdən öyrəndim” deməsindən sonra gözlər Milli Kəşfiyyat Təşkilatının (MİT) başındakı Hakan Fidana çevrilmişdi.

Dünən Ərdoğanla görüşmə tələb edən H.Fidanın iki saat prezidentlə baş-başa müzakirə etməsi yeni sualların meydana çıxmasına səbəb oldu.

Yenicag.az xəbər verir ki, Ərdoğan Fidanı sərt tənqid edərək, “Çox pis imtahan verdiniz” deyib. Bunun qarşılığında isə MİT rəhbəri “Nə əmr etsəniz, icra etməyə hazıram” deyə cavab verdiyi bildirilir.

Qeyd edək ki, AKP içində Hakan Fidanla bağlı ciddi fikir ayrılığı var və hətta millət vəkili Şamil Təyyar genelkurmay başqanı Hülusi Akar ilə Fidanı istefaya çağırıb.

Xatırladaq ki, ordu içindəki çevriliş ilə bağlı MİT rəhbəri Hülusi Akara məlumat verdikdən sonra Diyanət İşləri başqanı ilə heç nə olmamış kimi yeməyə getmiş, nə prezidentə, nə də baş nazirə bu barədə məlumat verməyib. Ərdoğan isə gec saatlara qədər MİT rəhbəri ilə əlaqə yarada bilməyib.

Bəzi mənbələr avqust ayında Ərdoğanın bir sıra vəzifə sahibləri və ordu generalları ilə birlikdə Hakan Fidanı da vəzifədən çıxaracağını bildirirlər.

Yenicag.az

 

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv