Hakan Şükürün atası saxlanıldı – Foto

Müəllif: Redaktor

Editor

hakan-sukur-un-babasi-cuma-namazinda-yakalandi-8694174_629_300Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Sermet Şükür bu gün saxlanılıb.

Polisə S. Şükürün Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazında olduğu barədə məlumat daxil olub.

Məscidə gələn polislər cümə namazının bitməsini gözləyiblər. Namaz bitəndən sonra polisləri görən S. Şükür onlara təslim olub.

S. Şükür ifadəsi alınması üçün polis idarəsinə aparılıb.

Qeyd edək ki, dünən Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H. Şükür və atası S. Şükürun saxlanılması barədə qərar verib. Bu gün isə prokurorluq H. Şükür və atasının mal və mülklərinin müsadirə edilməsi barədə qərar qəbul edilib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır