Hakim dəhşətə gəldi: “Sibel Canın anasıyla arasında 5 yaş fərq var?”

Müəllif: Redaktor

Editor

7776231 il əvvəl yaşını 6 il böyüdən Sibel Can həqiqi yaşını geri qaytarmaq üçün məhkəməyə müraciət edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul hüquq məhkəməsində keçirilən ilk prosesə Sibel Canın dayısı Ünal Babacan da qatılıb. Məhkəmədə şahid olaraq dinlənilən Babacan bildirib ki, ailəsi o dövr bir kazinoda səhnəyə çıxması üçün məhkəməyə müraciət edərək müğənninin yaşını böyütdürüb: “Sibel Canın 1970-ci il təvəllüdlü olduğunu qətiliklə bilirəm. Yaşı kiçik olduğu üçün qanuni olaraq səhnəyə çıxması qadağan idi. Ailəsi doğum tarixini 1964 olaraq düzəltdirmişdi”.

Məhkəmə hakimi də “Sibel Canın anasıyla arasında 5 yaş fərq var. İllər əvvəl bunu necə ediblər?”-, deyə üsyan edib.

Hakim müğənninin ibtidai sinif sənədlərini tələb edərək məhkəmə prosesini təxirə salıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır