!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakim oğlunu vuran şəxs məmur oğlu imiş – Kimliyi açıqlandı-Foto

!Reklam – Yazi

hakimogluXəbər verdiyimiz kimi, mayın 11-də Bakı şəhər sakini Rəhim Kərimovun idarə etdiyi 90-AA-669 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobillə törətdiyi qəza nəticəsində Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi Rüfət Allahverdiyev dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, R.Allahverdiyevin bibisi oğlu Pərviz Babazadə ölkə.az-a baş verən hadisənin təfərrüatları barədə danışıb. Onun müsahibəsini ixtisarlarla təqdim edirik:

– Rüfəti vuran Kərimov Rəhim adlı şəxsdir?
– Kərimov Rəhim Yüzasif oğlu.

– Rəhim Kərimovun valideyni kimdir?
– Onun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub.

– Hazırda harada işləyir?
– Hazırki iş yerini bilmirəm. Amma Rəhim Kərimovun idarə etdiyi maşın “Real” MMC qeydiyyatındadır. Bu şirkətin nə ilə məşğul olduğunu bilmirəm, bəlkə araşdırsanız, siz tapa bilərsiz.

– Onlar istintaqa təzyiq göstərirlər?
– Təzyiq məsələsi deyil. Məsələn, heç bir saytda yazılmır ki, hadisə baş verən zaman sürücü narkotik vasitə qəbul edibmiş.

– Bunu hardan bilirsiniz?
– Əldə etdiyimiz məlumata görə, Rəhim Kərimov hadisə baş verən anda narkotik vasitə qəbul edibmiş. Onun narkotik aludəçisi olmasını başqa mənbələrdən də aydınlaşdırmışıq. İstintaqsız da bu qənaətə gəlmək mümkündür. Görürük ki, maşın yüksək sürətlə hərəkət edib, əyləc izləri isə yoxdur. Sürücülərdə təhlükə anında ilkin refleks əyləci basmaqdır. İşıq dirəyini aşırıb, yol nişanını sıradan çıxarıb, uşağı vurub və binaya çırpılıb. Camaat da binanın silkələnməsinə görə bayıra çıxıb. Uşağı yaşadığı binaya sıxıb, maşından düşüb və qaçıb. Yəni maşını arxaya da çəkməyib. Rüfəti maşınla divarın arasından camaat çıxardıb. Rəhim Kərimovun qaçdığı istiqamətdə ayaq izləri var. Ayaq izləri də ayaqqabısızdır və belə qənaətə gəldik ki, maşını ayaqlayın sürüb. Ayaqyalın maşın sürmək çox çətindir. Düşəndə ayağı maşının yağına batıb deyə, iz bəlkə indi də görünür. Hadisə ilə bağlı müəyyən fotoları sizə təqdim edəcəyəm. O fotolara da diqqətlə baxanda ayaq izləri aşkar görünür. Sizcə kim gecə saat 3-də ayaqyalın maşın sürər və qəza anında bir dəfə də olsun əyləci basmadan səkiyə qalxıb binaya çırpılar? Özüm də belə qənaətə gəldim ki, bu adam narkomandır. Sonra oğlan sidik və qan analizi verməkdən boyun qaçırdı.

www.yenicag.az

1072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv