!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Halı pisləşən xalq artistlərinə direktordan TELEFON ZƏNGİ - QARŞIDURMA

!Reklam – Yazi

Gənc Tamaşaçılar Teatrında gözlənilmədən “alovlanan üsyan” teatr rəhbərliyini hərəkətə keçməyə məcbur edib.

Teatrın direktoru “alovun üstünə” “su” tökməklə tərəfləri sakitləşdirməyə çalışıb.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, direktor Mübariz Həmidov hadisələrdən “başını itirərək” dərhal səhhəti pisləşən aktyorlarla əlaqə saxlayıb və onları mətbuatı ayağa qaldırmasından narazılığını ifadə edib. Daha sonra işə davam etmələrini və yubiley tamaşalarını gülə-gülə oynamalarını xahiş edib.

Xalq artisti Yasin Qarayev xəbəri təsdiqləyib:

“Mübariz müəllim mənə dedi ki, sabahdan işə çıxın və gəlin tamaşanızı oynayın. Belə anladım ki, problem həll olunub”.

Ağaxan Salmanlı da xəbəri həmkarı Y. Qarayevdən eşitdiyini deyib: “Yəqin mənə də zəng edər, gözləyirəm”.

Xalq artisti Cənnət Səlimova isə hələ ki, susmaq mövqeyini seçib.

Yeniçağ.az teatrın direktoru ilə əlaqə saxlamağa cəhd etsə də, baş tutmayıb. Direktorun telefonunu cavablandıran köməkçisi, onun iclasda olduğunu bildirib. Amma onu da öyrəndik ki, teatrda bu gün heç bir toplantı keçirilməyib.

Qeyd edək ki Akademik Opera və Balet Teatrının ardınca Gənc Tamaşaçılar Teatrında da qalmaqal yaşanıb. Üç xalq artisti – rejissor Cənnət Səlimova, aktyorlar Yasin Qarayev və Ağaxan Salmanlı yarımştat iş qrafikinə keçiriləcəkləri barədə teatr rəhbərliyi tərəfindən xəbərdarlıq alıblar.
Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv