!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hamburqda Ştaynmayer ilə Lavrov arasında görüş olub

!Reklam – Yazi

0a8f5719d1a1559ecbd361cc1e011f4dATƏT üzvü olan ölkələrin XİN Rəhbərləri Şurasının iclası ərəfəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Moskvanı ATƏT ilə fəal əməkdaşlığa çağırıb.

Yenicag.az AZƏRTAC-in məlumatına əsasən xəbər verir ki, AFR XİN rəhbəri dekabrın 7-də axşam rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Avropada son vaxtlar artmaqda olan gərginliyin daha da kəskinləşməməsi üçün Rusiyanın əlindən gələni edəcəyinə ümidvar olduğunu bildirib.

Ştaynmayer Suriyada yaranmış vəziyyətdən bəhs edərək təkidlə bildirib ki, Hələb şəhərinə humanitar yardım göndərmək üçün “dərhal humanitar barışığa nail olmaq” lazımdır. Frank-Valter Ştaynmayer daha sonra vurğulayıb ki, vətəndaş müharibəsinin baş alıb getdiyi bu ölkədə sülhün bərqərar olması üçün siyasi proses bərpa edilməlidir. Almaniya Xarici İşlər Nazirliyi bu görüşdə “ciddi söhbət getdiyini” bildirib.

RF xarici işlər naziri Lavrov Ştaynmayer ilə görüşdən əvvəl ABŞ-ın dövlət katibi Con Kerri ilə söhbət edib. Onlar Suriyada vəziyyəti müzakirə ediblər. Görüşün təfərrüatı barədə heç bir məlumat verilməyib.

Yenicag.az

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv