!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hamilə qız”ı 23 milyon dollara satdılar — FOTOLAR

!Reklam – Yazi

hamileqizMəşhur britaniyalı rəssam Lüsyen Freydin “Hamilə qız” rəsmi 16,1 milyon funt sterlinqə (23,2 milyon dollar) satılaraq “Sotheby’s” satış evinin Böyük Britaniyanın paytaxtında keçirdiyi müasir incəsənət hərracının əsas lotlarından birinə çevrilib.

Bunu hərracın təşkilatçılarının rəsmi nümayəndəsi Mari-Beatris Morin bildirib.

Freydin “ən zərif rəsmlərindən” biri sayılan əsər kolleksiyaçılar arasında əsl ajiotaja səbəb olub. Rəsmdə rəssamın hamilə sevgilisi Bernadin Koverli yatmış şəkildə təsvir edilib.

“Sotheby’s” satış evinin müasir beynəlxalq incəsənət sahəsi üzrə baş mütəxəssisi Oliver Barkerin sözlərinə görə, qeyri-adi gözəlliyə malik əsər rəssamla onun iki uşağının anası arasında güclü bağlılıq olduğunu nümayiş etdirir.(Azərtac)

 

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv