!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hansı dövrdür ki, kiməsə zorla bilet satasan?” - İcra nümayəndəsindən açıqlama

!Reklam – Yazi

“Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərdə məcburi bilet satılması barədə məlumatlar yayılıb. Xəbəri şəhər məktəblərində çalışan bir neçə müəllim sosial şəbəkədə paylaşıb.

Adının açıqlanmasını istəməyən müəllim xəbərin doğru olduğunu qeyd edib. Bildirib ki, dünən və bu gün ( yanvarın 3-4) baş tutacaq konsertin biletlərinin qiyməti 40 manatdır:

“Bütün məktəblərə məcburi olaraq bilet verilib və pul müəllimlərdən yığılır. Bəzi məktəblərə 2, bəzilərinə isə 6 bilet paylanılıb”.

Əldə edilən məlumata görə, təkcə məktəblər deyil, eyni zamanda bağçalara da məcburi bilet satıldığı deyilir.
Müəllimlər bu işin Lənkəran İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini qeyd edib. (qafqazinfo.az)

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, “İctimai-siyasi və humanitar məsələlər” şöbəsinin müdiri Rasilə Əliyeva yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O, qeyd edib ki, yalan məlumatlara görə, icra hakimiyyətinin fəaliyyətinə xələl gəlir və bu hal qəbuledilməzdir:

“Bu nə məlumatlardır yayılıb? Bileti məcburi satmaq olar? Dünən bütün konsert boyu çəkilişlər gedirdi. Layihənin müəllifi və prodüseri Müşfiq Abbasov məsələ ilə bağlı zala üz tutdu və biletlərin məcburi satılıb-satılmadığını soruşdu. Tamaşaçılar da biletləri zorla almadıqlarını bildirdilər.

Tutaq ki, bileti mənə güclə verdilər. Əgər onun pulunu vermir və götürmürəmsə, məni buna kim məcbur edə bilər ki? Bu nə deməkdir axı? Belə yalan söhbətlərə görə, icra hakimiyyətinin adına, onun nüfuzuna xələl gəlir. İndi hansı dövrdür ki, kiməsə zorla bilet satasan? Ayıbdır axı, bu qədər də olmaz”.

Biletlərin məktəblərdə məcburi satışı ilə bağlı xəbəri “Bu şəhərdə” komandasının rəhbəri, ssenarist Müşfiq Abbasov da sosial şəbəkədə paylaşım edərək, ironik şəkildə təkzib yazıb:

“Dostlar, bəzi səviyyəsizlər sosial şəbəkələrdə yayırlar ki, Londonun icra başçısı Sadik Aman Xanın göstərişi ilə bizim oradakı konsertimizin biletləri müəllimlərə məcburi satılıb”.

Elvin Paşazadə

 

www.yenicag.az

3058
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv