Hansı elektron xidmətlərdən vergi tutulacaq? – SİYAHI

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli qanuna əsasən, Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilib.

Azərbaycan Banklar Assosiayasından Yenicag.Az-a verilən məlumata görə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının və istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinin stimullaşdırılması, habelə bank sisteminin inkişafının sürətləndirilməsi məqsədilə 16 dekabr 2016-cı il tarixində “Nağdsız hesablaşmalar haqqında” qanun qəbul olunub.

Qanunvericilik bazasında aparılan bu dəyişikliklərin bank sistemində nağdsız hesablaşmalar, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə düzgün formada tətbiq edilməsi, vergi tətbiq ediləcək ödəniş əməliyyatlarının, xidmət və xidmət alıcıları ilə bağlı məlumatların müəyyənləşdirilməsi, həmçinin nağdsız hesablaşmaların çərçivəsinin formalaşdırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu ilə Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında bir sıra məhsuldar görüşlər keçirilərək qarşılıqlı müzakirələr aparılıb.

Keçirilən görüşlərdə bank ictimaiyyətini yaxından maraqlandıran bir çox açıq məsələlər, o cümlədən elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC kodlar müzakirə edilmiş və aşağıdakı ilkin siyahı müəyyən edilib:

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."