Yazı İçi 468×60

2016-11-09-16-02-28ilham-aliyev-1Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 55 yaşı tamam olur. Dövlət başçısını bu münasibətlə dünya ölkələrinin liderləri təbrik ediblər.

Demokratik ənənəyə əsasən, digər partiyaların sədrləri, siyasi təşkilatların rəhbərləri hakim partiyanın sədrinə, Prezidentə doğum günü münasibətilə təbrik ünvanlayırlar. Bəs Azərbaycanda fəaliyyət göstərən partiya sədrləri belə bir addım atıblarmı?

Yeniçağ.Az Analitik informasiya saytı partiya sədrlərinin münasibətini öyrənib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, demokratik ənənəyə görə iqtidar da müxalifətin ad gününü təbrik edir, hüzür düşdükdə isə başsağlığı verir:
“Amma biz indiyədək bu addımı iqtidardan görməmişik. Bizə düşmən kimi baxırlar. Düşmənin təbrikini necə qəbul etmək olar? Nə bizim onların təbrikinə ehtiyacımız var, nə də iqtidar təbrikimizi qəbul edər. Mədəni cəmiyyətlərlə Azərbaycanı eyniləşdirmək olmaz”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, bununla bağlı iki il əvvəl sosial şəbəkədə bir yazı yazmışdım:
“Bu ənənə demokratik ölkələrdə var. Bizdə isə bu ənənə yoxdur axı… İqtidar müxalifətə düşmən kimi baxır. Sanki biz nəyəsə baiskar olmuşuq. Bu cür münasibətlərin formalaşmasında iqtidarın yanlışları var. Təəssüf edirəm ki, belə məsələlərə normal baxış mövcud deyil. Hər bir azərbaycanlını yubiley münasibətilə təbrik etmək olar. Dövlət başçısı da Azərbaycan vətəndaşıdır. Saytınız vasitəsilə mən də Prezidenti təbrik edir, xoşbəxtlik arzu edirəm. Şəxsi həyatı və Azərbaycanla bağlı hansı arzuları varsa, həyata keçsin”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Onun sözlərinə görə, dövlət başçısına ünvanladığı təbrik mətbuat vasitəsilə də yayımlanıb:
“Təbrikimdə ən xoş arzularımı bildirmişəm. Onun Azərbaycan dövlətçiliyinə vermiş olduğu xidmətləri önə çəkmişəm. Bundan sonrakı fəaliyyətində də yeni uğurlar arzuladım”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 90 min partiya üzvü adından Prezident İlham Əliyevə təbrik məktubu ünvanladığını deyib:
“Prezident İlham Əliyev qardaşımdır və onu bu gözəl gün münasibəti ilə təbrik etməyə bilmərəm. Arzum budur ki, bundan sonra da Azərbaycanın çiçəklənməsində, inkişafında öz töhfəsini versin, eyni zamanda özünü ətrafındakı xəyanətkar insanlardan qorusun. Qalan məsələləri də iki qardaş əl-ələ verib həll edəcəyik”.”.

BƏXTİYAR
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."