Hava nə vaxt düzələcək? – Yeni proqnoz

Müəllif: Redaktor

Editor

iİyunun 13-dən sonra ölkə ərasində hava şəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramovanın verdiyi məlumata görə, bu gün paytaxtda müşahidə etdiyimiz Şimal-Qərb küləyi sabah günün ikinci yarısından etibarən tədricən mülayimləşəcək.

“İyunun 14 və 15-dən etibarən hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. İlkin məlumata görə, temperaturun 2-3 dərəcə yüksələcəyi gözlənilir. Azərbaycanın rayonlarında da iyunun 13-dən etibarən yağıntılar kəsəcək. Bu günə qədər müşahidə etdiyimiz güclü leysan xarakterli yağışlar səngiyəcək. Lakin iyunun 14 və 15-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxması, qısa müddətli yağış yağması müşahidə ediləcək. Növbəti günlərdə nisbətən hava mülayimləşəcək”, -deyə Gülşad Bayramova qeyd edib.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır