www.sinerjipro.net

SinerjiProWide
Reklam

49104Bazar günü Bakıda hava yağıntılı və küləkli olacaq.

Yenicag.az xəbər verir ki, fevralın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı proqnozlaşdırılır. Şimal küləyi əsəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 8-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru şimal və qərb rayonlarından başlayaraq hava yağıntılı keçəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir intensivləşəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."