Yazı İçi 468×60

Tutqun hava 200212Yanvarın 21-də Bakı və Abşeron yarımadasında səhər hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluğunun artacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə, gündüz 7-11 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq(apa).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."