!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havanın temperaturu yüksəlir

!Reklam – Yazi

6843d728b236b8c6483d2fd2aa912800İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 27-32 dərəcə, Bakıda gecə 21-23 dərəcə isti, gündüz 27-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25dərəcə isti, gündüz 28-33dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 18-23dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, həmiçinin iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv