Yazı İçi 468×60

state of the state 2008Erməni lobbisinin ənənəvi manipulasiyası və məkrli oyunları nəticəsində ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma “dqr”ə dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə bağlı Palatanın sədri Cozef Souki (Joseph Souki) memorandum imzalayaraq, bu qətnaməyə görə təəssüf hissi keçirdiyini bildirib və Azərbaycan Hökumətindən və Azərbaycan xalqından dərindən üzr istədiyini elan edib.

AzVision.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış memorandumda spiker C.Souki təəssüflə bildirir ki, Nümayəndələr Palatasının xarici siyasətlə bağlı qəbul etdiyi hər bir sənəd müvafiq komitələrə getməli olduğu halda, sözügedən H.R. 167 saylı qətnamə mövcud qanunvericilik prosedurlarına zidd olaraq gündəliyə salınıb və ictimai müzakirəyə çıxarılmadan qəbul olunub.

Qeyd olunur ki, Havay Ştatının Nümayəndələr Palatasında bəzən fərdlərə və təşkilatlara, məsələn, müəllimlərə, səhiyyə işçilərinə, yaxud, xeyriyyə qurumlarına həvəsləndirici məqsədlərlə təbriknamələr təqdim olunur. Spiker C.Souki qeyd edir ki, H.R. 167 saylı qətnamə də bu qəbildən sadə mərasim xarakterli sənəd adı altında gündəliyə salınıb və onun əsl mahiyyətinə diqqət yetirilməyib. Bu səbəbdən də, spiker C.Souki sözügedən qətnamənənin müvaifq komitə tərəfindən müzakirə olunmadan qəbul edildiyinə görə dərindən üzr istədiyini bildirərək, oxşar hadisələrin gələcəkdə baş verməməsi üçün daxili qaydaları dəyişəcəyini vurğulayır.

Həmçinin, spiker bildirir ki, ABŞ uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı səylər göstərir. Bu səpkidə spiker C.Souki, H.R.167 saylı qətnamənin hər hansı bir hüquqi qüvvəyə malik olmadığını vurğulayaraq, Nümayəndələr Palatasının dolğun məlumat əldə etmədən belə bir sənədi qəbul etməsinə görə üzrxahlıq edir.

Sipker C.Souki memorandumun sonunda Nümayəndələr Palatasının üzvləri adından, Azərbaycan və ABŞ arasındakı güclü dostluq əlaqələrinin inkişaf etməkdə davam edəcəyinə ümid etdiklərini bildirərək yazır: “Ümid edirəm ki, bizi bu vəziyyətə gətirib çıxardan xoşagəlməz halı anlayırsınız. Buna görə, mən Azərbaycan Höküməti və xalqından səmimi şəkildə üzr istəyirəm.”

Qeyd edək ki, sözügedən qətnamədən bir müddət əvvəl – 2016-cı ilin 10 mart tarixində erməni lobbisinin təhrikilə Havay Ştat Senatında oxşar məzmunlu iki qətnamə gündəliyə gətirilmişdi. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun operativ müdaxiləsi nəticəsində Havay Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, bu qətnamələri rədd etdiyini elan etmişdi. Üstəlik, həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə olunmuşdu:

`Görünür, bundan pərt olan erməni lobbisi növbəti məkrli planını Havay ştatının Nümayəndələr Palatasında həyata keçirməyə cəhd edib, qanunvericiləri aldadaraq öz məqsədlərinə nail olmağa çalışıb. Ancaq Palatanın spikeri tərəfindən imzalanmış və sözügedən qətnaməni heçə endirən rəsmi memorandum ilə erməni lobbisi öz layiqli cavabını bir daha alıb`.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."