!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HDP-nin Demirtaş yalanı üzə çıxdı

!Reklam – Yazi

15497967_839197899556848_981864647_nPKK terror təşkilatının siyasi qruplaşması Xalqların Demokratiya Partiyasının (HDP) həbsdə olan həmsədri Səlahəddin Demirtaşı infarkt vurması barədə xəbər yalan çıxdı.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK-nın siyasi qanadının liderinnin sadəcə olaraq qanında xolestrol çoxalıb.

Demirtaşın məhbəs həyatı yaşadığı Edirne “F” tipli həbsxanadan verilən məlumata görə, onun infarkt keçirməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Açıqlamada bildirilir ki, onun səhhətində, xəstəxanaya göndərilməsini labüd edəcək hər hansı bir problem yoxdur. Həbsxana rəsmiləri həmçinin, səhhətində problem yaranmış hər hansı bir məhbusun siyasi fikirlərinə və işlədiyi cinayətlərə baxılmadan lazımi addımın atıldığını da qeyd ediblər.

Xatırladaq ki, ötən gün HDP sözçüsü Ayhan Bilgen sosial şəbəkədə, həbsxanasında saxlanılan Səlahəddin Demirtaşın şənbə günü infarkt keçirdiyi haqda məlumat yaymışdı.

Yeniçağ.Az

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv