www.sinerjipro.net

SinerjiProWide
Reklam

asdsdsdd53Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı daha bir futbolçu həbs olunub.

Bu, futbolçu Akif Tağıyevdi. Tağıyev jurnalist Rasim Əliyevlə bağlı hadisədən xəbərdar olub, bunu xəbər verməməkdə, gizlətməkdə ittiham olunur.

Saytın əldə etdiyi məlumata görə, Tağıyev hazırda 8-ci polis bölməsində saxlanılır.

1993-cü il təvəllüdlü Akif Tağıyev “Araz Naxçıvan”, “Xəzər Lənkəran” kimi klublarda çıxış edib. Onun formasını geyindiyi sonuncu klub “Turan Tovuz” olub.

Xatırladaq ki, avqustun 8-də “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.

Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar.

***

Həbs edildiyi deyilən Akif Tağıyev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

O, bölməyə çağırıldığı ilə bağlı məsələni təsdiqləsə də, həbs edilməsi xəbərini təkzib edib:

“Sözügedən olayla bağlı həbs edilən digər futbolçu, bir müddət “Xəzər Lənkəran”da oynayan Camal Məmmədovla “Whatsapp” danışığımız olub. Bu söhbət də məhz Rasim Əliyevin döyüldüyü vaxta təsadüf edib. Mənim nömrəm həmin vaxt Camal Məmmədovun əlaqə nömrələrinə düşdüyü üçün bölməyə çağırılmışam. Polis bölməsində müstəntiqin suallarını cavablandırdıqdan sonra sərbəst buraxıldım”.

Hazırda isə Akif Tağıyev yolda olduğunu və Tovuza getdiyini bildirib(komanda.az).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.