www.sinerjipro.net

SinerjiProWide
Reklam

59148_mw37gm1jok“Star life” verilişi müğənnilər arasında sorğu aparaq, onların özləri haqqında eşitdikləri dedi-qoduları soruşub.

Həmin sorğunu təqdim edirik:

Əməkdar artist Ədalət Şükürov –Deyirlər mənim biznesim var. 8 ildir heç bir biznesim yoxdur.

Müğənni Sevda Yahyayeva – Bir ara deyirdiler ki, Sevdanin saçı yoxdu, keçəldir. Saçlarım qalın deyil. Arada qaynaq etdirirəm, amma çox vaxt öz saçımdır.


Müğənni İlhamə Qasımova – Deyirlər ki, uşağım var. Hətta xalamla mübahisə edirdilər ki, evdən gizlədir, varıdır.

Meyxanaçı Namiq Qaraçuxurlu – Yayılmışdı ki, Namiqi polis saxlayıb, İlhamə Quliyeva onu azadlığa buraxdırıb. Niyə olmuşdu yadımda deyil.


Müğənni İzzət Bağırzadə – Bir dəfə kanalların birində qonaq idim. Verilişin rejissoru məni görəndə təəccübləndi. Deyir ki, xəbər yayıblar ki, “İzzəti restorandan çıxanda güllələyiblər”.

Müğənni Gülay Zeynallı – İnsatqramda şəkil paylaşmışdım. Bir-iki xanım yazdı ki, botoks etdirmisiniz? Çox pis olmuşdum.

Müğənni Zamiq Hüseynov – Əvvəllər daha çox dedi-qodular yayılırdı. İndi yoxdur.

Müğənni Sevil və Sevinc – Demişdilər ki, “Əkizlərin qarajda “Bentley”i var”.

Müğənni Xatun Əliyeva – Deyirlər ki, qabırğalarını çıxartdırıb, beş evi var, gözəllik salonu açıb(Axşam)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 199
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.