!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbs olunanlar Eldar Mahmudovun üzünə duracaq? – ŞOK AÇIQLAMA

!Reklam – Yazi

AzNews.az_mtn_eldar_hebs2Sərdar Cəlaloğlu: “…Eldar Mahmudov da mütləq məsuliyyətə cəlb olunacaq”

Bildiyimiz kimi, Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan istefaya göndərildikdən sonra, həmin orqanın 7-dən çox yüksək rütbəli generalları həbs olundu.  Onlar müxtəlif cinayət əməllərində ittiham olunurlar. Lakin hələlik gördüyümüz kimi, E. Mahmudovun özü azadlıqdadır. Görəsən, aparılan istintaq tədbirləri sabiq nazirin də həbsinə gətirib çıxara bilərmi, yoxsa o “sudan quru çıxmağı” bacaracaq?

serdar_celaloglu00ADP sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, məntiqlə yaranmış vəziyyət E. Mahmudovun da tutulacağına gətirib çıxarmalıdır:  “MTN-nin işçiləri arasında bu qədər yüksək rütbəli generallar tutulub və onlara da şəxsən Eldar Mahmudov  şəxsən özü rəhbərlik edibsə, təbii ki, həmin şəxslərin tutulmasından sonra onların fəaliyyətilə bağlı olan məsələlərin açılması ilə sabiq nazirin özünə də müəyyən cinayət işi qaldırıla bilər. Sadəcə burada ola bilsin siyasi motivlərə görə müəyyən addımlar atılmasın.  Ancaq məntiqlə burada doğrudan da təşkil olunmuş mütəşəkkil cinayətkarlıq varsa və onun da başında həmin sabiq nazir dayanıbsa, deməli həbs edilən generalların verdikləri ifadələr əsasında Eldar Mahmudov da mütləq məsuliyyətə cəlb olunacaq”.

ELÇİN

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv