www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Atam xəstə halda əziyyətimi çəkib, ondan üzr istəyirəm.”

Yeniçağ.az xəbər verir ki, əməkdar artist Rəhman Rəhmanovun həbsdəki oğlu, müğənni Emil Rəhmanov ilk dəfə oğlunun üzünü görüb.

Bu görüş ARB TV-də yayımlanan “Elin gözü” verilişində baş tutub. Verilişin aparıcısı Elgiz Əkbər Emili oğlu Əli ilə görüşdürüb.

Verilişin budəfəki buraxılışında aktyor Rəhman Rəhmanovun həbsdə olan oğlu müzakirə edilib. Verilişdə əməkdar artist Rəhman Rəhmanovla yanaşı, müğəninin dostları və həmkarları da iştirak edib.

Oğlunu ilk dəfə görən müğənni Emil Rəhmanov bunları söyləyib: “Allah sizdən razı olsun. Mənim üçün böyük hədiyyə oldu bu. Övladım anadan olandan mən onun üzünü görməmişdim. Cəzamın bitməsinə az qalıb deyə mən onu indi görmək istədim. Daha əvvəl görsəydim, cəzamı çəkmək daha çətin olardı mənə. Çox darıxardım, fikrim qalardı onun yanında. Mənə çox oxşayır. Cavanlıq səhvinə görə düşdüm bura. Bəzi dırnaqarası “dostlar”a inandım, axırı da belə oldu. Yəqin ürəiyimin təmizliyinə görə oldu. Sənət adamı, kövrək insan olduğum üçün, ailədən uzaq qalmaq daha ağır gəlir mənə. Atam çox əziyyət çəkib. Həmişə ona çox əziyyət vermişəm. İnşallah, bu son olar. Atam deyirdi ki, sən oxuyanda fəxr edirəm, amma belə şeylər olanda ömrümdən 10 il gedir. Yəqin burdan çıxandan sonra başım övladıma qarışar. Atam xəstə halda uzun illər əziyyətimi çəkib. Bu illərə görə atamdan üzr istəyirəm, haqqını halal eləsin. 10 ildən çox həbsdə olmuşam”.

Verilişdə aktyor Rəhman Rəhmanovla tamaşaçılar arasında gərgin anlar da yaşanıb. Onu qınayanlara aktyor sərt reaksiya verib.

Qeyd edək ki, müğənni Emil Rəhmanov Şəbnəm Bəndəliyeva adlı xanımla 2014-cü ilin aprel ayında evlənib. Onların birgə həyatı uzun sürməyib. Cütlük 19 mart, 2015-ci ildə rəsmən boşanıblar. Emil Rəhmanov İlk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. O, 6 il azadlıqdan məhrum edilmişdi. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən həbs edilib və 2 illik müddətə azadlıqdan məhrum edilib.

https://youtu.be/XPczrrY7Jf0

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."