Həbsdəki nardaranlılar nə vaxt azadlığa buraxılacaq?

Müəllif: Redaktor

Editor

239966Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 14 nardaranlı saxlanılır.

Bu barədə məlumatı Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Onun sözlərinə görə, saxlanılan nardaranlılara 15 və 30 sutkalıq inzibati qaydada həbs-qətimkan tədbiri seçilmişdi.

Saxlanılanların vaxtı bitdikcə azadlığa buraxılırlar: “Bildiyim qədər, sabah bir neçə nəfərin 30 sutkalıq inzibati qaydada həbs müddəti bitdiyindən azadlığa çıxacaq. Hazırda 14 nəfər nardaranlı müvəqqəti saxlanma məntəqəsindədir. Onların da yanvarın 15-nə qədər azad olunacağı gözlənilir”. (musavat.com)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır