!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdəki şahzadələrin sərvəti dünyanı heyrətə salıb – 800 milyard dollar

!Reklam – Yazi

Səudiyyə Ərəbistanının kralı və taxt-tacın varisi həbs olunmuş şahzadələrin 800 milyard dollarlıq sərvətini müsadirə edir.

Yenicag.ru-nun məlumatına görə, Səudiyyə Ərəbistanının kralı Salman ilə onun vəliəhdi Məhəmməd bin Salman 10 şahzadə və 50 dövlət məmurunun ümumi dəyəri təqribən 800 milyard dollar olan sərvətini korrupsiyaya qarşı mübarizə adı altında müsadirə etməyə hazırlaşır.

“The Wall Street Journal” (WSJ ) nəşrinin yazdığına görə, Səudiyyə Ərəbistanında ötən həftənin sonlarında aralarında şahzadələr və yüksək məmurlar olan 60-dan artıq şəxs həbs olunub.

Onlar “çirkli pulların yuyulmasında”, hakimiyyətdən sui-istifadə, rüşvətxorluq, dövlət vəsaitlərinin talan edilməsi və başqa cinayətlərdə suçlanırlar. Səudiyyənin Mərkəzi Bankı korrupsiya qalmaqalında adları keçən həmin şəxslərin bank hesablarını da dondurub.

Bununla belə, sözügedən həbslər korrupsiyaya qarşı mübarizə tədbirləri adlandırılsa da, bir sıra beynəlxalq təhlilçilər başlanmış kampaniyanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salmanın hakimiyyət yolunun potensial rəqiblərdən “təmizlənməsi” cəhdi kimi qiymətləndirirlər.

WSJ-nin məlumatına görə, həbsdəki şahzadələrə məxsus pulların əhəmiyyətli hissəsi ölkə xaricindədir və bu da o vəsaitlərin geri qaytarılmasını xeyli çətinləşdirir. Ancaq həmin pulların hətta bir qisminin geri qaytarılması Səudiyyə Ərəbistanının maliyyə vəziyyətini qaydaya salmaq üçün yetərlidir.

Qeyd olunur ki, “Neftin ucuzlaşmasının davamlı mərhələyə keçməsi Səudiyyə hökumətini qiymətli kağızlar üzrə beynəlxalq bazardan vəsaitləri götürmək, həmçinin ölkənin qızıl-valyuta ehtiyatlarından istifadə məcburiyyətinə gətirib”.

www.yenicag.az

2615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv