Həbsxanada dəhşət: məhbusların başları kəsildi

Müəllif: Redaktor

Editor

oBraziliyanın şimalındakı Rorayma ştatındakı Aqrikola di Monti-Kristu həbsxanasındakı qiyamda ən azı 33 nəfər həlak olub.

Ştatın ədliyyə naziri Uziel Kastrunun dediyinə görə, qiyam əsnasındakı kütləvi qırğının arxasında yerli “Familia do Norte” (FDN) narkokarteli durur.

Öldürülən məhbusların bir neçəsinin başları kəsilib. 18 məhbusun isə cəsədləri şaqqalanıb, tikələr müxtəlif səmtlərə atılıb.

Həbsxanada qiyam yatırılıb, araşdırma aparılır.

Bazar günü qonşuluqdakı Amazonas Manaus ştatındakı həbsxanada qiyam olmuşdu. 17 saat davam edən qiyamda 60 məhbus həlak olub.

Manausdakı qiyam Braziliyanın penitensiar sistemində illərdən bəri ən qanlı olaydır.

87 məhbus qaçmışdı. Onların 40 nəfəri tutularaq həbsxanaya qaytarılıb.

Braziliya tarixində ən qanlı məhbus qiyamı 1992-ci ildə San-Paulu ştatındakı Karandiru həbsxanasında yaşanıb.

O vaxtlar Cənubi Amerikadakı ən böyük həbsxanalardan biri sayılan Karandiruda 10 mindən artıq məhbus vardı. Qiyamda 111 məhbus həlak olmuşdu. Onların hamısını polislər güllələmişdilər.

Məhbusların sayına görə Braziliya dünya ölkələri arasında ABŞ, Çin və Rusiyadan sonra 3-cü yeri tutur. Ölkədəki həbsxanalarda təqribən 600 min məhbus var.

Həbsxanaların əksəriyyəti mütəşəkkil cinayətkar qruplaşmaların nəzarindədir.

Yenicag.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır