!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsxanada görülməmiş işgəncə: məhkumun barmaqları qopdu – Fotolar

!Reklam – Yazi

mehbusİngiltərədə Jamie Clark adlı şəxs polis tərəfindən məruz qaldığı qandonduran işgəncəyə görə məhkəməyə baş vurub.

28 yaşındakı Clark, bir nəfəri döyməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb.

Lakin Jamie həqiqətən günahsız idi və bu bir müddət sonra məlum olub. Onun həbsxanada yaşadıqları və məruz qaldığı işgəncələr isə eşidənləri dəhşətə salır.

Belə ki, gənc oğlan öncə polislər tərəfindən hücrəyə atılıb, daha sonra vəhşicəsinə döyülüb.

“Günahsız olduğumu dəfələrlə hayqırsam da, polislər arxalarına belə baxmadan hücrədən çıxdılar. Mən onların ardıyca qaçıb dəmir qapıdan tutdum. Qapı sürətlə örtülən zaman barmaqlarım qaldı qapının arasında.. Həyatımda belə acı yaşamamışdım. Polislərdən biri gəlib qapını açada 3 barmağımın qopduğunu gördüm..” deyə, Clark bildirib.

Bütün bunlar geridə qalsa da, məhkəməni udan gənc artıq 3 barmağı olmadan həyatına davam edəcək.

 

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv