Həbsxanada qətl

Müəllif: Redaktor

Editor

скачанные файлы (7)Azərbaycanda Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.

Nəticədə F. Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H. Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qətllə bağlı məlumatı ilk olaraq haqqin.az saytı yayıb(APA).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir