!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsxanaya basqın: 37 nəfər öldü

!Reklam – Yazi

Venesuelanın cənubundakı həbsxanada məhbuslarla təhlükəsizlik xidmətinin əməkdaşları arasında yaranan qarşıdurmada 37 nəfər həyatını itirib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhbuslar uzun müddətdir həbsxanada nəzarəti ələ keçirib.

Buna görə də hüquq-mühafizə orqanları nəzarəti yenidən bərpa etmək üçün həbsxanaya basqın edib.

Baş prokurorluqdan edilən açıqlamaya görə, 14 nəfər polis məmuru yaralanıb.

Lakin ölənlərdən neçəsinin məhbus, yaxud təhlükəsizlik işçisi olduğuna dair məlumat verilməyib.

Qeyd edək ki, 16 min nəfərlik həbsxanada 50 min məhkum qalır.

Yenicag.az

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv