mekteb“Təəssüflər olsun ki, son illər təhsil sahəsində ciddi islahatlar aparılsa da, inkişafa doğru irəliləyişlər olsa da, orta məktəblərdə şəffaflıq əldə olunsa da, həllini tapmayan problemlərdən biri hələ də qalmaqdadır”.

Bu sözləri Yenicag.az-a təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bu problemlərdən biri də orta məktəblərdə hansısa bayramqabağı, əlamətdar günlərlə bağlı yığılan pullardır:

“Müəllimlərin Yeni il münasibəti ilə pul yığılması ənənəyə çevrilib. Hətta bəzi orta məktəblərdə iş o yerə çatıb ki, direktorlar iclaslarda pul verməyən valideynləri tənqid edirlər. Bildiyiniz kimi, yeni nazir Mikayıl Cabbarov işə başladığı gündən rüşvətlə, eləcə də bayramlarda pul yığılması ilə mübarizəyə başladı. Amma neçə illərdir ki, bu mübarizə yalnız xəbərdarlıqla yekunlaşır. Məsələn, Təhsil Nazirliyi sadəcə olaraq, hər dəfə mətbuat vasitəsilə müəllim və direktorlara xəbərdarlıq edir. Xəbərdarlıqda qeyd olunur ki, hansısa bayram günü ilə bağlı pul yığan müəllim və məktəbin direktoru işdən çıxarılacaq. Lakin bir şərtlə:

Kamran Əsədov ile ilgili görsel sonucuMüəllim və direktordan şikayət edəcək valideyn nazirliyin “Qaynar xətt” xidmətinə zəng vurarkən adını, uşağın adını, məktəbi, müəllimin adını açıqlamalıdır. Üstəlik, pulun nə vaxt və harada müəllimə verildiyi sübut olunmalıdır. Əks halda, anonim şikayət müəllimə iftira kimi sayılacaq. Valideyn pulu verəndən sonra nəyi və necə sübut edəcək? Bu kimi suallarla inanıram ki, dünyada tanınmış xüsusi kəşfiyyat orqanları da cavab tapmaqda çətinlik çəkər”.

Bu gün sosial şəbəkələrdə yazılanlar onu göstərir ki, əksər valideynlər artıq nazirliyin səmimiyyətinə inanmadığından şikayət etmək istəmir:

“Çünki Təhsil Nazirliyi hər il eyni məzmunlu xəbərdarlıq edir, amma nəticə yoxdur; heç bir müəllim və ya direktor məhz bayramda pul yığdığı üçün cəzalandırılmayıb. Nə qədər ki, orta məktəblərə kimlərinsə sifarişi ilə təhsilə aidiyyatı olmayan adamlar direktor təyin olunur və vəzifədə qalır, bu problem də mövcud olacaq. Orta məktəblərdə pul yığılması birbaşa direktorların rəhbərliyi, sifarişi və istəyi ilə həyata keçirilir. Bu da əlbəttə ki, təhsilimizə ciddi zərbə vurur”.

Gülnarə Eynullaqızı
Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."