!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həcc ziyarətinə sənəd qəbulu başladı

!Reklam – Yazi

hec60Bu gündən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bu il Həcc ziyarətinin qiymətləri müvafiq olaraq 3500-4500 ABŞ dolları məbləğində müəyyənləşdirilib.

Ödəniş yalnız ABŞ dolları ilə həyata keçirilməlidir. Ayrılan kvota isə 1500-dür.

Son beş ildə Həcc ziyarəti üçün təyin olunan qiymətlərin müqayisəsi göstərir ki, Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin ödədiyi məbləğ ildən-ilə dəyişir, yəni, artır.

2011-ci ildə Həcc ziyarətinə avtobusla getmək istəyənlər 2650 manat, təyyarə ilə gedənlər isə 3750 manat ödəyiblər.

2012-ci ildə ilk dəfə olaraq ziyarətə avtobusla getmək ləğv olunub və ilk dəfə VİP Həcc ziyarəti təklif olunub.

Aşağı qiymət 3090, bahalı xidmət 3850 manat olub. Həmin il Azərbaycandan ziyarətə 2000 min zəvvar gedib.

2013-cü ildə qiymətlər müvafiq olaraq 3250 və 4100 manat olub.

2014-cü ildə qiymətlər 2013-cü illə müqayisədə dəyişməyib. 3600 nəfərlik kvotanın ayrıldığı həmin il qiymətlər 3250 və 4100 manat məbləğində olub.

2015-ci ildə Həcc ziyarəti üçün ödənişlər dollarla aparılıb. 2400 nəfərlik kvotanın ayrıldığı ötən il bahalı xidmətin qiyməti 5750 dollar, aşağı qiymət 4700 dollar olub (3250-5000 manat) olub.

Qeyd edək ki, builki qiymətləri mövcud məzənnə ilə milli valyutaya çevirdikdə aşağı məbləğ 5500, yuxarı məbləğ isə 7000 min manata yaxın Azərbaycan manatı edir. (report)

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv