www.sinerjipro.net

SinerjiProWide
Reklam

244135Ötən illərlə müqayisədə budəfəki həcc ziyarəti fərqli şəkildə təşkil olunacaq.

Yenicag.az virtualaz.org-a istinadən bildirir ki, ANS TV-nin məlumatına görə, dəyişikliklərdən biri zəvvarlarımızı Səudiyyə Ərəbistanına daşıyacaq hava nəqliyyatı ilə bağlıdır. Bu vaxta qədər zəvvarların Məkkəyə aparılmasını Azərbaycan Hava Yolları həyata keçirirdisə, geriyə dönüşü Ərəbistana məxsus NAS Hava Yollarının təyyarələri icra edirdi. Lakin bu bir sıra problemlər yaradırdı. NAS hava Yollarına məxsus təyyarələrin uçuşları təyin olunmuş vaxtlarda həyata keçirməməsi zəvvarlarımızın hava limanında saatlarla qalması, hətta bir neçə gün gözləməsi ilə nəticələnirdi. Elə bütün bu problemlər nəzərə alınaraq builki uçuş hər iki istiqamət üzrə AZAL-a həvalə olunub. Bu da uçuş qiymətlərinə də təsir edəcək.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Salman Musayev bildirib ki, ötən il gedib-gəlmə daşıması üçün adambaşına 1500-1600 dollar pul ayrılırdısa, bu il bu məbləğ 1000 dollar səviyyəsinə düşüb.

Dəyişikliklər həm də zəvvar sayı ilə bağlıdır. Ötən il 3000 kvota yerindən 2400 dolduğu üçün bu il yerlərin sayı azaldılaraq 1500-ə endirilib. Say azaldığından onlar 2 oteldə yerləşdiriləcəklər.

Zəvvarlarla bağlı kvotanı azaldan tək Azərbaycan deyil, digər müsəlman ölkələrindən də bu ilə həcc ziyarəti üçün müraciətlərin sayı azalıb. Elə bu səbəbin Məkkədə otellərin qiymətlərinə təsir edəcəyi də gözlənilir.

Ona görə də bu il həcc ziyarətinin ərsəyə gəlməsi üçün təklif olunan qiymətlər də azaldılıb. Belə ki, ekonom yerlər 3500, VİP üçün isə 4500 dollar tələb olunur. Keçən il isə bu tariflər 4500 və 5750 dollar təşkil edirdi. Ekonom və VİP tariflərə görə ödəniş edənlər eyni təyyarədə uçsalar da fərq oteldə yerləşdirmə zamanı nəzərə çarpır.

Qafqaz Müsəlmanlar İdarəsi zəvvarların həcc ziyarətini təhlükəsiz şəraitdə başa vurmaları üçün Səudiyyə Ərəbistanı ilə danışıqlar da aparıb. Builki həcc ziyarəti üçün zəvvarlar sentyabrın 1-dən yola düşəcəklər. Onların geri dönüşü isə 20 sentyabr üçün nəzərdə tutulub.

Ötən ildən fərqli olaraq zəvvarlar bu il öncə Məkkəni, geri dönüşdə isə Mədinə şəhərini ziyarət edəcəklər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 77
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."